<

Baydenin müşaviri İstanbulda Andrey Yermakla görüşdü - Ərdoğanın sözçüsü ilə nələr müzakirə edildi?

11:40 - 3 Oktyabr 2022

Baydenin müşaviri İstanbulda Andrey Yermakla görüşdü - Ərdoğanın sözçüsü ilə nələr müzakirə edildi?

ABŞ Prezidentinin milli təhlükəsizlik məslələri üzrə müşaviri Ceyk Sallivan İstanbulda Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.

Manset.az-ın xarici mediaya istinadən xəbər verir ki, Sallivan ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. ABŞ Prezidentinin milli təhlükəsizlik məslələri üzrə müşaviri qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiyanın BMT Konvensiyası da daxil olmaqla beynəlxalq hüququ kobud şəkildə pozmasına razı olmayacaq və hər hansı Rusiyanın qondarma ilhaqına dəstək verən hərəkətə yol verilməyəcək.

Görüşdə Sallivan və Yermak Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyəti və Ukraynanın dünyaya qida ixracı üçün BMT ilə davam edən əməkdaşlığını müzakirə ediblər.

Yermak həmçinin,  İstanbulda Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla görüşüb. Görüş zamanı tərəflər Ukraynadakı müharibəni və İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.
 


Xəbər xətti

29 Noyabr 2022