Azərbaycanda dəhşətli qəza - 2 nəfər öldü

11:28 - 3 Oktyabr 2022

Azərbaycanda dəhşətli qəza - 2 nəfər öldü

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, oktyabrın 1-də saat 19 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində rayon sakini Müşfiq Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Kamal Mehdiyev isə xəstəxanada ölüb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin