"Real Hospital"da 46 yaşlı kişi ÖLDÜ

10:34 - 3 Oktyabr 2022

Bakıda özəl klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən "Real Hospital"da qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin