Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə Amerikanın necə cavab verəcəyi ilə bağlı fikirlərini bölüşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Petreus Vaşinqtonun Rusiyanın Ukraynadakı istənilən nüvə hücumuna dağıdıcı cavab verərək, bütün Moskva qüvvələrini və hərbi bazalarını məhv edəcəyini proqnozlaşdırıb:
“(Baş verə biləcək nüvə ssenarisində) Biz NATO-ya rəhbərlik etməklə, Ukraynada, eləcə də Krım və Qara dənizdəki hər bir gəmidə görə biləcəyimiz və müəyyən edə bildiyimiz hər bir Rusiyaya aid qüvvələri ortadan qaldırmaq üçün birgə səylə cavab verəcəyik”.