<

Meymunçiçəyi daha bir ölkədə təsdiqləndi

09:41 - 3 Oktyabr 2022

Meymunçiçəyi daha bir ölkədə təsdiqləndi

Vyetnamda meymunçiçəyi virusuna ilk yoluxma halı müəyyən edilib. Bu barədə Hoşimin şəhərinin səhiyyə departamenti məlumat verib.

 

Manset.az xəbər verir ki, xəstəliyin yayılması ilə bağlı vəziyyət nəzarətdə saxlanılır.

Vyetnama yoluxma hallarının qeydə alındığı ölkələrdən və ya bölgələrdən daxil olan hər kəs 21 gün ərzində səhhətinə nəzarət etməli və səpgi, başağrısı, qızdırma, üşütmə, boğaz ağrısı, halsızlıq, yorğunluq və ya limfa düyünlərinin şişməsi kimi simptomlar müşahidə edildiyi zaman dərhal həkimə müraciət etməlidirlər. Bu simptomları olan insanlar əlavə müayinə üçün müvəqqəti təcridxanaya yerləşdirilməli və zəruri hallarda müalicə üçün tibb müəssisələrinə köçürülməlidirlər.

Qeyd edək ki, ilk dəfə Afrika qitəsində qeydə alınan meymunçiçəyi virusuna dünyanın bir çox ölkəsində rast gəlinib.


Xəbər xətti

29 Noyabr 2022