<

Bakı Metropoliteni yeni metrostansiyasının açılışına hazırlaşır - RƏSMİ

09:34 - 3 Oktyabr 2022

Bakı Metropoliteni yeni metrostansiyasının açılışına hazırlaşır - RƏSMİ

"Bakı Metropoliteni"nin "Bənövşəyi" xətt üzrə qatarların hərəkəti müvəqqəti məkik prinsiplə təşkil edilir.

 

Bu barədə Manset.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, gələcəkdə istismara hazırlanan "Avtovağzal-Xocəsən" sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri ilə əlaqədardır:

"Bu, hələlik "Xocəsən" stansiyasının açılması deməkdir. Sınaq işlərinin yekunu və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək".


Digər xəbərlər

Xəbər xətti

29 Noyabr 2022