Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq öhdəliklərinə ciddi yanaşır - XİN

23:02 - 2 Oktyabr 2022

Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq öhdəliklərinə ciddi yanaşır - XİN

“Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilmiş cinayətlərlə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən araşdırılır”.

 

Manset.az "report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

“Lakin Ermənistan çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün hələ heç bir addım atmayıb”, - XİN sözçüsü vurğulayıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin