Moskvada Rusiya Yeni Universitetinin tələbəsi təhsil ocağında qətliama hazırlaşırmış.
Manset.az axar.az-a istinadən xəbər verir ki, bu barədə universitetin rektoru Vladimir Zernov məlumat verib.
“Paytaxt FTX-nin əməliyyatçıları universitetin divarları arasında qırğın törətmək niyyətində olan 18 yaşlı Oleq Juravlyovu saxlayıblar. Bu universitetə təzəcə daxil olmuş birinci kurs tələbəsidir. O, özünü itaətsiz aparıb, hədə-qorxu gəlib və sinif yoldaşları bu barədə dərhal universitet rəhbərliyinə məlumat veriblər”, - Zernov bildirib.