Ağadadaş Ağayevin oğlunun toyudur - F0T0/VİDEO

20:58 - 2 Oktyabr 2022

Ağadadaş Ağayevin oğlunun toyudur - F0T0/VİDEO

Bu gün Xalq artisti Ağadadaş Ağayevin övladının xeyir işidir.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçinin oğlu Seymur Ağayev subaylığın daşını atır. O sevib-seçdiyi xanımla ilə qurur.

Cütlüyün toyu paytaxtın dəbdəbəli məkanlarından birində keçirilir. Toyda Ağayevin ailə üzvləri, yaxınları, dostları ilə yanaşı bəzi sənət nümayəndələri də iştirak edirlər.

Xalq artisti övladının toyunu Əməkdar artist Nüşabə Ələsgərli idarə edir.

Sənətçinin övladının şad günü mətbuata qapalı keçirilir. Bu səbədən də toydan görüntülər çəkmək istəyən media nümayəndələri içəri buraxılmayıb.

İfaçının övladının toyundan görüntüləri “star xəbər” səhifəsi yayıb.

Məlumat üçün bildirək ki, Ağadadaş Ağayev iki dəfə ailə qurub. Onun 5 övladı var.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin