<

“Şəhərlilər” “şeytan”a göz açmağa imkan vermədi - Mançester derbisində 9 qol (VİDEO)

19:29 - 2 Oktyabr 2022

“Şəhərlilər” “şeytan”a göz açmağa imkan vermədi - Mançester derbisində 9 qol (VİDEO)

İngiltərə Premyer Liqasının IX turu Mançester derbisi ilə əlamətdar olub.

 

Manset.az xəbər verir ki, turun mərkəzi görüşündə “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib.

“Ettihad” stadionunda baş tutan, gərgin və maraqlı keçən derbidə qapılara 9 qol vurub.

“Mançester Siti” “qırmızı şeytanlar”ı meydana çıxmağa peşman edib - 6:3.

İngiltərə Premyer Liqası
IX tur
2 oktyabr

“Mançester Siti” – “Mançester Yunayted” – 6:3
Qollar:
 Foden, 8, 44, 73, Haaland, 34, 37, 64 - Antoni, 56, Marsial, 84, 90+1 (pen.)

“Şəhərlilər” bu qələbə ilə xallarını 20-ə çatdırıb və 2-ci pillədəki mövqeyini möhkəmləndirib, “Mançester Yunayted” 12 xalla 6-cıdır.

Siyahıya 21 xalla “Arsenal” başçılıq edir. “Tottenhem” 17 xalla 3-cüdür.


Xəbər xətti

2 Dekabr 2022