Yermak Türkiyədə Bayraqdarlarla görüşdü

17:53 - 2 Oktyabr 2022

Yermak Türkiyədə Bayraqdarlarla görüşdü

Türkiyədə səfərdə olan Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Baykar” şirkətinin rəhbərləri Haluk və Səlcuq Bayraqdarlarla görüşüb.

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən məlumat verilib.

Yermak “Bayraqdar” PUA-larının istehsal olunduğu müəssisədə olub.

“Biz strateji tərəfdaşımız Türkiyə ilə sıx əməkdaşlıq edərək dövlətimizin müdafiə qabiliyyətini gücləndirməkdə davam edirik”, - Yermak bildirib.

Yermak Ukrayna Prezidenti Vladimir Zelenskinin tapşırığına uyğun olaraq, III dərəcəli “Xidmətə görə” ordenini “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraqdara təqdim edib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin