Azərbaycanlı aktrisa amerikalı kinorejissora ərə getdi - FOTO/VİDEO

10:16 - 2 Oktyabr 2022

Azərbaycanlı aktrisa amerikalı kinorejissora ərə getdi - FOTO/VİDEO

Bir neçə həftə əvvəl 79-cu "Venesiya Film Festivalı" çərçivəsində təqdim edilən "Banu" filminin rejissoru eyni zamanda baş rolda çəkilən azərbaycanlı aktrisa Təhminə Rafaellanın ötən axşam toyu baş tutub.

Manset.az  "bizim.media"ya istinadən xəbər verir ki, sənətçi amerikalı kinorejissor 173-cü hava-desant briqadasının döyüş qrupunun keçmiş paraşütçüsü Henri Hugeslə ailə qurub.

Cütlüyün toyu paytaxtın dəbdəbəli restoranların birində baş tutub.

Açılışda Təhminə ilə Henri "O olmasın bu olsun" filmində səslənən Məşədi İbadın "Mən nə qədər qoca olsam da dəyərəm min cavana" musiqi sədaları altında rəqs ediblər. Bəyin milli rəqsin öhdəsindən məharətlə qəlməsi qonaqları heyran edib.

Toyda dəvətlilər arasında Təhminənin bir sıra sənət yoldaşları iştirak edib.

Qonaqlardan biri isə "Banu" filmində Təhminənin anasını canlandıran Əməkdar artist Mələk Abaszadə olub. Sənətçi həmkarı ilə toyda çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq, cütlüyə xoşbəxtlik arzu edib.

Gecənin musiqi qonaqları isə Xalq artistləri Zülfiyyə Xanbabayeva və Miri Yusif olub. Onlar sevilən mahnıları və hit duetləri ilə gecəyə rəng qatıblar. Aşiqlər isə onların ifaları sədaları altında rəqs ediblər.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin