“Gənclik”də qadın relslərin üzərinə düşdü

13:30 - 10 Avqust 2021

“Gənclik”də qadın relslərin üzərinə düşdü

Bu gün saat 12:51-də Bakı Metropoliteninin "Gənclik" stansiyasında bir qadın stansiya yoluna düşüb. 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə  Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı saxlayıb, bu barədə məlumat verib. Gərginlik ayrılıb və sərnişin stansiya yolundan çıxarılıb. Həmin şəxs 1967-cü il təvəllüdlü Bakı sakini Dilguşə Bəkirovadır. 

Yaşıl və qırmızı xətlərdə 10 dəqiqəyə yaxın yubanma olub, problem tezliklə aradan qaldırılacaq.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin