Ukrayna torpaqlarının ələ keçirilməsi qanunsuzdur - Stoltenberq

22:56 - 30 Sentyabr 2022

Ukrayna torpaqlarının ələ keçirilməsi qanunsuzdur - Stoltenberq

Rusiya Prezidenti Vladimir Putin indi də Ukraynanın daha dörd regionunun Rusiyanın tərkibinə daxil olduğuna iddia edib. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropa ərazisinin güc yolu ilə ən böyük ilhaq cəhdidir.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

Baş katib bildirib ki, sözügedən ərazilər Ukraynanın 15 faizini təşkil edir. Bu da təxminən Portuqaliya ölçüsündə bir ərazi deməkdir. Sözügedən torpaqlar Rusiya tərəfindən qanunsuz olaraq silah gücünə ələ keçirilib. Moskva saxta referendumlar hazırlayaraq Ukraynada tətbiq edib. Bu, beynəlxalq hüququn tamamilə pozulmasıdır. Bu torpaqların ələ keçirilməsi qeyri-qanunidir. NATO və müttəfiqləri bu əraziləri Rusiyanın bir hissəsi kimi tanımır və tanımayacaq.

“Bu torpaqlar Ukraynadır.

Donetsk Ukraynadır.

Luqansk Ukraynadır.

Xerson Ukraynadır.

Zaporojiye Ukraynadır.

Necə ki, Krım Ukraynadır.

Rusiya ikinci dəfədir ki, Ukrayna ərazisini güc yolu ilə alır. Amma bu, münaqişənin mahiyyətini dəyişmir.

NATO münaqişənin tərəfi deyil, lakin biz Ukraynaya dəstək veririk ki, o, BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququnu qorusun.

Bizim ittifaqımız müdafiə ittifaqıdır. Biz hər bir NATO müttəfiqini müdafiə etməkdə və qorumaqda vahid və qətiyyətliyik” deyə Stoltenberq vurğulayıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin