Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ
20 Sentyabr 2024
23:26 - 9 Avqust 2021
"Biz bu gün qardaşlarımızın yanındayıq, bütün ərazilərdəki yanğınlar sona çatana qədər də burda olacağıq”.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, bu günə kimi yanğınlar nəticəsində Türkiyədə 64.5 hektar meşə sahəsi məhv olub:
"Yanğınların geniş əraziyə yayılmasının qarşısının alınması üçün Türkiyənin daxili işlər, energetika nazirləri ilə, deputatlarla görüşlər keçiririk. Bütün məsələləri onlarla birlikdə koordinasiya edirik. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşımıza qoyulan bütün tapşırıqları uğurla yerinə yetirəcəyik və yanğınlar başa çatdıqdan sonra qürur hissi ilə Azərbaycana qayıdacağıq".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin