"Ermənistanı silahlandırmaq istəyən ölkənin tək məqsədi odur ki..." - Polkovnik

18:14 - 29 Sentyabr 2022

Xəbər verdiyimiz kimi, Hindistan Ermənistana 244,7 milyon dollar dəyərində silah-sursat göndərəcək. Sözügedən silah-sursat iki ölkə arasında sentyabrın əvvəlində imzalanan müqavilələr əsasında göndəriləcək.

 

Bununla bağlı hərbi ekspert ehtiyatda olan polkovnik Şair Ramaldanov Manset.az-a öz fikirlərini bildirib:

 

"Hələ ki silah getməyib Ermənistana. Bu sadəcə sazişdir. Mən düşünmürəm ki, Ermənistanın o silah-sursatı almaq üçün elə imkanı olsun. Ola bilsin ki, maraqlı qüvvələr məhz Hindistan silah bazarından istifadə edərək Ermənistanı silahlandırmaq istəyirlər. Ümumiyyətlə hansı ölkə olmasından asılı olmayaraq, Ermənistanı silahlandırmaq istəyən ölkənin tək məqsədi odur ki, Ermənistanı bir az silahlandırsın və yenə Cənubi Qafqazı münaqişə ocağına çevirsin. Bu silahlandırmanın məqsədi budur. Silahlandıran qüvvələr də yəqin ki, sonra silahlarla bağlı tələblərini, tapşırıqlarını qoyacaqlar. Sonrasında isə, ermənilər həmişə olduğu kimi xarici qüvvələrin əlində alət olaraq yenə də Cənubi Qafqazda gərginlik yaratmağa çalışacaqlar. Mənim mövqeyim bütün sülhsevər insanların mövqeyi kimi mənfidir. Ermənistan həmişə belə olub və belə də qalacaq. Cənab prezidentin də dediyi kimi, Ermənistan öz revanşist ideyalarından əl çəkməsə, Azərbaycanın "Dəmir yumruğu" yenə də onların başını əzməyə davam edəcək."

 

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin