<

Aİ süni intellekt məhsulları üçün yeni qaydalar hazırladı

14:32 - 29 Sentyabr 2022

Aİ süni intellekt məhsulları üçün yeni qaydalar hazırladı

Avropa İttifaqı süni intellekt proqram və məhsullarını inkişaf etdirən şirkətlərin məsuliyyətlərini artıracaq və bu məhsullardan zərər görənlərə təzminat ödəməli olacaq yeni qaydalar hazırlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna uyğun olaraq, Aİ-nin məhsul məsuliyyəti qaydaları yenilənəcək.
İstehsalçılar yararsız məhsulların vurduğu zərəri kompensasiya etməli olacaqlar.

Robotlar, dronlar və ya ağıllı ev sistemləri istehsal edənlər də bu əhatəyə daxil ediləcək.
İdxal edilən və güvənli olmayan məhsullara görə zərər görən istehlakçılar idxalçı şirkətdən və ya istehsalçının Aİ-dəki nümayəndəsindən təzminat tələb edə biləcəklər.

Tənzimləmə təkliflərinin qüvvəyə minməsi üçün Avropa Parlamentinin və üzv dövlətlərin təsdiqi tələb olunur.
Mövcud Aİ məhsul məsuliyyəti qaydaları 40 il əvvəl tərtib edilmişdi və bu qaydalar yeni texnologiyaların ortaya çıxardığı müxtəlif yeni sahələri əhatə etmirdi.
 


Xəbər xətti

27 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin