Şəhid ailəsindən müzakirələrə səbəb olan tortla bağlı - Açıqlama

18:22 - 9 Avqust 2021

Şəhid ailəsindən müzakirələrə səbəb olan tortla bağlı - Açıqlama

Vətən müharibəsində şəhid olan leytenant Əliyev Samirin doğum günü məqsədilə keçirilən tədbirdə üzərində şəhidin fotosu olan tortun yer alması müzakirələrə səbəb olub. İddia olunub ki, üzərində şəhid fotosu olan tort Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanıb.

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Qafqazinfo" ilə əlaqə saxlayan şəhid Samir Əliyevin nənəsi Cəmilə Əlizadə bildirib ki, sözügedən tort ailə tərəfindən hazırlanıb və icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur:

"Bunu müzakirə edənlərə istəsələr, tortu sifariş verdiyimiz yerin əlaqə nömrəsini də verə bilərəm. Yaxşı olardı ki, gəlib şəhid nəvəmin adına salınmış parka baxsınlar. Əziz müəllim digər şəhid ailələrinə olduğu kimi, bizə də həm mənəvi, həm də maddi cəhətdən köməklik edir. Əziz Əzizovun yaxşı işlərindən danışmaq lazımdır".

Məsələ ilə bağlı rayon icra başçısı Əziz Əzizovla da əlaqə saxladıq. Rayon rəhbəri də "Qafqazinfo"ya açıqlamasında müzakirələrə səbəb olan tortun şəhidin ailəsi tərəfindən hazırlandığını bildirib:

"Tortu ailə özü sifariş verib. Bizim işimiz Suraxanı RİH tərəfindən şəhidin adının əbədiləşdirilməsi məqsədilə parkın salınmasıdır. Ümumilikdə Suraxanı rayonunda 53 şəhid var, Əliyevlər ailəsi də dəstək olduğumuz şəhid ailələrindən biridir. Ancaq təəssüflər olsunb ki, bəzi şəxslər görülən işləri müsbət qiymətləndirmək əvəzinə, tənqid etmək üçün başqa məqamlar axtarırlar. Bəlkə də indiyədək bu ailədə 20 dəfə olmuşam. Samir anasının, nənəsinin yeganə övladı idi. Bizim məqsədimiz də bu ailələrə dəstək olmaq, onların yanında olduğumuzu bildirməkdir". 


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin