Abel Məhərrəmov oğlunun əmlakını keçmiş gəlini ilə böləcək - QƏRAR

17:35 - 9 Avqust 2021

Abel Məhərrəmov oğlunun əmlakını keçmiş gəlini ilə böləcək - QƏRAR

Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov həyat yoldaşı Mehriban Məhərrəmovadan boşanıb. 

Manset.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Mehriban Məhərrəmova artıq əvvəlki soyadını (Eyyubova) daşıyır. 

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə keçirilən məhkəmədə Mehriban Eyyubovanın "əmlak bölgüsü”nə dair iddiası qismən təmin edilib. 

Məhkəmə iclası Mehriban Eyyubovanın başqa iddiaları əsasında sabah da öz işini davam etdirəcək. 

Qeyd edək ki, M.Eyyubova Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin