Şəhid Səbuhi Əhmədovun qardaşı nazirliyin ona verdiyi bir otaqlı mənzildən İMTİNA ETDİ - VİDEO

12:55 - 28 Sentyabr 2022

Şəhid Səbuhi Əhmədovun qardaşı nazirliyin ona verdiyi bir otaqlı mənzildən İMTİNA ETDİ - VİDEO

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi bir otaqlı mənzildən imtina edib.

 

Bunu Manset.az-a müsahibəsində Sənan Əhmədov bildirib. O, qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib:

“Dedilər ki, sizə bir otaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O, yaşasaydı dekabr ayına qədər mənzil alacaydıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə qonaqları qəbul etmək üçün zal var. Onlar da dedi ki, sənə iki otaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o bir otaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedi ki, qanun belədir, qardaş ailə hesab olunmur”.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin