Bu gecə ilk Qədr gecəsidir
28 Mart 2024
20:46 - 27 Sentyabr 2022
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi DİN Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Seymur Həsənlinin ailəsini ziyarət ediblər.
Manset.az xəbər verir ki, olis əməkdaşları şəhidin ailə üzvləri ilə həmsöhbət olublar, onların qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub.
Qeyd edək ki, Seymur Həsənli müvafiq sərənncamlarla ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin