Bitcoin bahalaşdı - Qiymət 20 min dolları keçdi

16:24 - 27 Sentyabr 2022

Bitcoin bahalaşdı - Qiymət 20 min dolları keçdi

Bitkoinin qiyməti bu gün 20 min dollar səviyyəsini keçərək son bir həftənin ən yüksək səviyyəsinə çatıb.

Manset.az-ın xarici mətbuata istinadən məlumata görə, bu gün 20350 dollar səviyyəsini keçən bitkoinin qiyməti 24 saat əvvəllə müqayisədə 6,80 faiz artımla hazırda 20167,85 səviyyəsində satılır.

Ethereum qiyməti də təxminən 7% artaraq 1389,75 dollara çatıb.

Analitiklər bildirirlər ki, kriptovalyutalar qlobal mərkəzi bankların monetar siyasətlərini izləməyə davam edir və ABŞ fond bazarları ilə yüksək korrelyasiyada hərəkət edirlər.

Dollar İndeksinin gedişatının həlledici olduğunu bildirən analitiklər, Dollar İndeksinin pik nöqtələrinə yaxınlaşması ilə bağlı qiymətləndirmələrin də bitkoinin alışını şərtləndirən amillər arasında olduğunu vurğulayıblar.
 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin