Röya şəhidin sözlərinə bəstələnən mahnını təqdim etdi - Video

13:40 - 27 Sentyabr 2022

Röya şəhidin sözlərinə bəstələnən mahnını təqdim etdi - Video

Xalq artisti Röya Ayxan Birinci Qarabağ müharibəsi şəhidi Pərviz Əliyevin sevdiyi qadına yazdığı şeirə bəstələnmiş mahnını təqdim edib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, mahnı bu gün müğənninin bütün rəsmi hesablarında yayımlanıb.

“Mahnı şəhid Pərviz Əliyevin simasında Vətən uğrunda şəhadətə ucalan oğullarımıza həsr olunur”, - müğənni bildirib.

“Yada düşürsən” adlı mahnının bəstəkarı Fərid Kərimli, aranjimanı Elvin İmanovundur.

Həmçinin, mahnıda şəhidə həsr olunan sözlər xalq artisti Nurəddin Mehdixanlı tərəfindən səsləndirilib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində iştirak edən Pərviz Həsən oğlu Əliyev Beyləqan rayonu Yuxarı Kəbirli kəndinin Səhra qəsəbəsində anadan olub. Onun müharibə yolu Füzuli rayonundan Aşağı Veysəlli, Dilağar, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin