Rusiya raket qoşunlarının rəisi Ukraynada öldürüldü

21:50 - 26 Sentyabr 2022

Rusiya raket qoşunlarının rəisi Ukraynada öldürüldü

Ukraynada daha bir yüksəkrütbəli rus zabiti öldürülüb.

 

Manset.az “Unian”a istinadən xəbər verir ki, söhbət Rusiya Silahlı Qüvvələrinin 35-ci birləşmiş ordusunun (62825 saylı hərbi hissə) raket qoşunları artilleriyasının rəisi, polkovnik Boris Totikovdan gedir.

Sentyabrın 25-də Ryazanda zabitlə vida mərasimi keçirilib.

Rusiya mənbələrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Xarkova əks-hücumdan əvvəl zabitin olduğu qərargahı HİMARS raketləri ilə vurub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin