İranda tələbələr dərsə gəlməkdən imtina etdilər

20:42 - 26 Sentyabr 2022

İranda tələbələr dərsə gəlməkdən imtina etdilər

İranda 18 universitetin tələbələri dərsə gəlməkdən imtina etdiklərini açıqlayıblar.

 

Manset.az APA-ya istinadən xəbər verir ki,İran İnsan Hüquqları Təşkilatının hesabatında tətillərin Tehran, Təbriz, Gilan, Əhvaz, Məşhəd və Qəzvin şəhərlərindəki 18 universiteti əhatə etdiyi bildirilir.

Məlumatlara görə, tətilə qoşulan ali məktəblərin sayı artır.

Tələbələr təhlükəsizlik qüvvələrinin zorakı davranışı, etirazçı tələbələrin həbsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin