Azərbaycanda bu şəxslərə 285 manat veriləcək: Yanvarın 1-dən - VİDEO
24 Noyabr 2024
11:09 - 9 Avqust 2021
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.1; 228.4 və 66.3-cü maddələrinə əsasən, təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zakir Şakir oğlu Yusifliyə tanışı Beyləqan şəhər sakini Emin Vəli oğlu Muradov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastik dondurma qabının içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin