Sabahdan Məhərrəm ayı başlayır

09:41 - 9 Avqust 2021

Sabahdan Məhərrəm ayı başlayır

Sabahdan, avqustun 10-dan Məhərrəm ayı başlayır.

Manset.az xəbər verir ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 19-da Aşura günüdür.

Sentyabrın 8-dən başlayacaq Səfər ayı oktyabrın 7-də başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin