Ukrayna Belarusdan nüvə silahı ilə vurula bilər?

01:14 - 25 Sentyabr 2022

Ukrayna Belarusdan nüvə silahı ilə vurula bilər?

Belarus ərazisindən Ukraynanın vurulma ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirilib.

 

Manset.az  bildirir ki, “Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, Belarusun xarici işlər naziri Vladimir Makey mövzu ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

“Bir daha təkrar edirəm biz mümkün qədər münaqişənin tez bitməsində maraqlıyıq. Biz Ukraynaya zərbə endirmək fikrində deyilik”, - deyə Makey bildirib.

Diplomat bildirib ki, 90-cı illərdə Belarus ərazisindən nüvə silahları çıxarılıb və bunu edən ilk ölkə olub.

“Biz nüvə silahından istifadənin tamamilə əleyhinəyik. Ona görə ki, bu insanlığın məhvinə səbəb olacaq”, - deyə Belarus XİN başçısı əlavə edib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin