Xaçmazda elektrik cərəyanı 55 yaşlı kişini vuraraq ÖLDÜRDÜ

22:57 - 24 Sentyabr 2022

Xaçmazda elektrik cərəyanı 55 yaşlı kişini vuraraq ÖLDÜRDÜ

Xaçmaz rayonunda kişini elektrik cərəyanı vurub.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Üçgün kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Murad Arif oğlu Qurbanəliyev yaşadığı evin həyətyanı sahəsində tövlədəki mal-qaraya baxarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb.

M.Qurbanəliyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma başlanılıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin