Rumıniya 14 rusiyalı jurnalistə viza verməkdən imtina ETDİ

22:09 - 24 Sentyabr 2022

Rumıniya 14 rusiyalı jurnalistə viza verməkdən imtina ETDİ

Rumıniya Xarici İşlər Nazirliyi “Russia Today” kanalının əməkdaşlarına viza verilməsindən imtina edilməsi məsələsinə aydınlıq gətirib.

Manset.az TASS-a istinadla xəbərinə görə, jurnalistlər Beynəlxalq Rabitə İttifaqının Buxarestdə keçirilən konfransını işıqlandırmalı idilər.

Nazirlik bildirir ki, Rusiya XİN-in sorğusu əsasında 17 vəzifəli şəxsə viza verilib. Lakin “Russia Today” kanalının 14 əməkdaşının Rusiyanın Rabitə və Rəqəmsal İnkişaf Nazirliyinin vəzifəli şəxsləri kimi təqdim edilməsi qanunauyğun deyil.

Rumıniya tərəfi hesab edir ki, 14 nəfərə vizadan imtina edilməsi Rusiyanın maraqlarına toxunmur və nümayəndələr tədbirdə lazımi qaydada iştirak ediblər.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin