Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadr"

20:25 - 24 Sentyabr 2022

Canni De Byazi:

"Qazaxıstanla ilk oyunumuzda rəqibdən daha yaxşı oynamışdıq. Buna baxmayaraq, rəqib çox güclü komandadr".

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis düzgün yolda olduqlarını bildirib.

O, Qara Qarayev və Rəhim Sadıxova dəvət göndərməməsini belə şərh edib: "Komandamdakı bütün futbolçulardan razıyam. Keçmişə baxsaq, adlarını çəkdiyiniz oyunçularla da çox uduzmuşuq. Millinin qapısı hamının üzünə açıqdır. Yığmadasansa, özünü yaxşı aparmalısan".

İtaliyalı baş məşqçi Slovakiya ilə səfər matçında (2:1) penaltiyə səbəb olan Aleksey İsayevin çıxışını da dəyərləndirib: "Çox döyüşkən oyunçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizodla kiməsə qiymət vermək olmaz. İstr meydanda, istərsə də kənarda olanda özünü düzgün aparır. Slovakiya səfər matçında ".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin