Aysun İsmayılovadan naməlum atası ilə bağlı ŞOK AÇIQLAMA

20:11 - 24 Sentyabr 2022

Aysun İsmayılovadan naməlum atası ilə bağlı ŞOK AÇIQLAMA

Müğənni Aysun İsmayılova ilk dəfə atası barədə açıqlamalar verib.

 

Manset.az xəbər verir ki, o, anası Rəqsanə İsmayılovanın "YouTube"da yayımlanan “Göz önündə” verilişində bəzi məsələlər barədə danışıb.

Rəqsanənin "Atanı heç axtarmısanmı? Onu tanımaq üçün addım atmısan?" sualına Aysun belə cavab verib:

"Axtarmışam, uşaq olanda. Mən ondan atalıq görməmişəm. Yəni, yanımdan keçsə tanımaram. Təbii ki, onu tanımaq üçün addım atdım. Uşaq idim, 12-14 yaşım olardı. Tam yadımda deyil, yalan deyərəm. Nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki mənə hər kəs deyir ki, sən Yaşara-atana oxşayırsan. Ona görə mənə maraqlı idi. Getdim, axtardım, Goranboya getdik. Heç özü qarşıma çıxmadı, bir kəlmə dedi ki, mənim o adda qızım yoxdur. O sözü deyibsə, deməli, mənim də o adda atam yoxdur. Əmim çıxdı qarşıma, dedi ki, atan səni görmək istəmir. Məni tapmaq o qədər də çətin deyil. İstəyən ata özü bu illər ərzində axtarıb tapardı. Mən ondan nə var istəmişəm, nə dövlət istəmişəm, heç nə istəməmişəm”.

Qeyd edək ki, Rəqsanə İsmayılovanın Aysundan başqa bir oğlu və bir qızı da var.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin