Yasamalda 40 nəfər narkotik dövriyyəsilə bağlı saxlanıldı - FOTO

15:44 - 24 Sentyabr 2022

Yasamalda 40 nəfər narkotik dövriyyəsilə bağlı saxlanıldı - FOTO

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.

Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Bu şəxslərdən biri - Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin