MİDA-nın yeni mənzillərinin satışı bitdi - YENİLƏNDİ

15:36 - 24 Sentyabr 2022

MİDA-nın yeni mənzillərinin satışı bitdi - YENİLƏNDİ

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilib.

 

Manset.az xəbər verir ki, ümumilikdə 18 binadan 815 mənzil seçilib.

MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı brifinqdə bildirib ki, bütün mənzillər seçilib:

“Əvvəlki mənzil seçimlərindən fərqli olaraq, bu dəfə vətəndaş evi seçdikdə digər mərhələyə keçməsi üçün beş saniyə müddət qoyulub. Buna səbəb sürətli keçidin qarşısının alınması olub”.

15:10

MİDA-nın təxirə salınmış mənzil seçimi prosesi start götürüb.

Manset.az xəbər verir ki, sistem saat 15:00-da aktiv edilib və satış prosesi başlayıb.

Artıq ilk, mənzillər satılıb.

İlk mənzil sistem aktiv ediləndən 31 saniyə sonra seçilib.

"Qafqazinfo" xəbər verir ki, artıq seçilmiş mənzillərin böyük hissəsi üzrə müqavilələr imzalanmaqdadır.

14:59

MİDA-nın təxirə salınmış mənzil seçimi prosesi bu gün yenidən keçiriləcək.

Manset.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin güzəştlə satışı prosesi elektron qaydada keçiriləcək. Satış prosesinin saat 15:00-da başlaması nəzərdə tutulub.

Qeyd edək ki, daha öncəyə planlaşdırılan satış prosesi baş tutmamışdı. Belə ki, satış başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Həmin vaxt bildirilib ki, güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb. 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar edilib.


Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin