Şoyqunun müavini vəzifəsindən azad edildi - FOTO

14:24 - 24 Sentyabr 2022

Şoyqunun müavini vəzifəsindən azad edildi - FOTO

Rusiyanın müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad olunub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, Bulqakov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

“General-polkovnik Mixail Mizintsev Rusiya Federasiyası Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdeh olan müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. Əvvəllər general-polkovnik M.Mizintsev Milli Müdafiə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb” – məlumatda bildirilir.

Rusiyanın müdafiə nazirinin müavini vəzifəsindən azad edildi


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin