Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI

12:29 - 24 Sentyabr 2022

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada 240, ümumilikdə isə Rusiyanın 56 300 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 262 tank, 4 807 zirehli döyüş maşını, 1 361 artilleriya sistemi, 327 reaktiv yaylım atəşi sistemi, 170 hava hücumundan müdafiə sistemi, 255 təyyarə, 220 helikopter, 956 PUA, 240 qanadlı raket, 15 gəmi, 3 681 avtomobil texnikası və avtosistern, 126 xüsusi texnikadan ibarətdir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin