Əhaliyə ŞAD XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO
29 Mart 2024
09:38 - 24 Sentyabr 2022
ABŞ referendumların nəticələrinə görə Ukrayna ərazilərinin Rusiya Federasiyasına daxil olmasını heç vaxt tanımayacaq.
Manset.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezident Co Bayden bildirib.
"ABŞ heç vaxt Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi tanımayacaq. Rusiya referendumları uydurmadır, Ukraynanın bəzi ərazilərini güc yolu ilə ilhaq etməyə cəhd üçün saxta bir bəhanədir və bu, beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir", -deyə Bayden vurğulayıb.
ABŞ lideri ölkəsinin müttəfiqləri ilə birgə Rusiyaya qarşı əlavə iqtisadi tədbirlər üzərində çalışacağını deyib. Bayden onu da əlavə edib ki, Vaşinqton Kiyevə hərbi yardımı davam etdirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin