Akademiya rəisi faciəvi şəkildə ölən tələbədən yazdı - FOTO

00:48 - 24 Sentyabr 2022

Akademiya rəisi faciəvi şəkildə ölən tələbədən yazdı - FOTO

Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov sosial şəbəkə hesabında dəhşətli qəzada ölən tələbəsindən yazıb.

Manset.az-ın məlumatına görə, Q.Novruzov faciəvi şəkildə dünyasını dəyişən  Elvin Əzizlinin nümunəvi tələbə olduğunu bildirib:

“Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi Elvin Əzizli bu gün nəqliyyat vasitəsi sürücüsünün yol hərəkəti qaydalarını kobud və cinayətkarcasına pozmasının iki qurbanından biri oldu! Bu itkinin ağrısını yaşayaraq, faciənin acısını bölüşür, Allahdan Elvinin ailəsinə və yaxınlarına səbir diləyirik..! Nümunəvi tələbəmiz olan Elvinin ruhu şad olsun!”

Qeyd edək ki, bu gün Bakının Maştağa qəsəbəsində Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.
 



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin