Pakistanda partlayış zamanı polis əməkdaşları həlak oldu - Yaralılar var

21:55 - 8 Avqust 2021

Pakistanda partlayış zamanı polis əməkdaşları həlak oldu - Yaralılar var

Pakistanın Bəlucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində mehmanxananın yaxınlığında baş vermiş partlayış nəticəsində azı iki polis həlak olub, daha səkkiz asayiş keşikçisi yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə əyalətin hökumət nümayəndəsinin bəyanatına istinadən “Dawn” qəzeti bildirib.

Nəşrin məlumatına əsasən, hücumun hədəfi polis avtomobili olub. Partlayıcı qurğu motosikldə qurulub.

Bundan başqa, hücum nəticəsində hadisə zamanı yoldan ötən daha dörd nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin