Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi bəlli oldu - YENİLƏNDİ (FOTOLAR)

16:28 - 23 Sentyabr 2022

Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi bəlli oldu - YENİLƏNDİ (FOTOLAR)

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 2 piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Manset.az xəbər verir ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə piyadaları vurub.

Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Sevgi Rəsulova və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə hər iki şəxs avtobusdan düşdükdən sonra baş verib. Onlar ictimai nəqliyyatdan düşəndən sonra svetaforun qarşısından yolu keçməyə çalışıblar. Bu zaman yük maşını hərəkətini dayandıra bilməyərək onları vurub. 

Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə yerində araşdırmalar aparılır.

Qeyd edək ki, oktyabrın 13-də mərhum tələbə Elvin Əzizlinin 18 yaşı tamam olacaqdı. 

Məlumat üçün bildirək ki, qəzanın baş verdiyi ərazidə düyməli svetafor quraşdırılıb. Belə ki, həmin işıqfor yalnız düyməsi piyadalar tərəfindən sıxıldıqdan sonra sürücülər üçün qırmızı işıq yanır və vətəndaşlar xətdən keçə bilir. 

15:44

Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonununda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki şəxsi avtomobil vurub. Nəticədə həmin şəxslər dünyasını dəyişib. Hadisə yerinə Yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Dövlət Gömrük Akademiyasının tədris şöbəsinin rəisi, gömrük mayoru Hüseynov İslam Manset.az-a açıqlamasında bildirib ki, dünyasını dəyişən şəxslərdən biri akademiyanın tələbəsidir, digər ölən şəxsin kimliyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin