Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
11:55 - 23 Sentyabr 2022
Azərbaycanda tütün məmulatları məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunur.
Manset.az Report-a istinadla xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihədə tütün məmulatlarını istehsal və idxal edənlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə həmin Xidmətin göndərdiyi bildirişi aldıqları tarixdən etibarən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunması təklif olunur.
Qanun layihəsində həmçinin, Dövlət Vergi Xidməti tərəfindən yuxarıda qeyd olunan müddətin hər dəfə bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması halının da nəzərdə tutulduğu bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin