<

Qolu sınan Acun Ilıcalı: "Qırılan sümüyüm qalın idi"

11:24 - 23 Sentyabr 2022

Qolu sınan Acun Ilıcalı:

Türkiyəli məşhur prodüser Acun Ilıcalı xəstəxanadan evə buraxılıb. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, 3 gün əvvəl motosiklet qəzasına düşərək tibb müəssisəsinə yerləşdirilən Ilıcalı qolundan əməliyyat olunub. Ötən gün isə xəstəxanadan çıxan aparıcı səhhətinin yaxşı olduğunu deyib:

"Dönülməz yoldan dönməyə çalışan bir vətəndaşımız bizi səkiyə doğru sıxışdırdı. Nəticədə qızım Banu ilə başımıza bədbəxt hadisə gəldi. Ondan şikayət etmədim, hamımız səhv edə bilərik, səhv etmək insana aiddir".

Məlumat üçün bildirək ki, Ilıcalı 3 gün əvvəl Kemerburgaz prospektində "34 EJT 662" qeydiyyat nişanlı motosikleti ilə qəzaya düşüb. Hadisə nəticəsində aparıcının qolu sınıb. 


Xəbər xətti

7 Dekabr 2022