Sentyabrın 22-də saat 18 radələrində Şabran rayonunun Aygünlü kəndi ərazisində şəhər sakini Q.Seyidovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini X.Haşimovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub.
Manset.az xəbər verir ki, qəza nəticəsində mikroavtobusun sürücüsü və 4 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Aqil Ələkbərov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.