"Putinlə heç kim danışıqlar masasına oturmayacaq" - ZELENSKİ

09:46 - 23 Sentyabr 2022

"Rusiya prezidenti Vladimir Putin o həddə çatıb ki, onunla danışıqlar masası arxasında heç kim əyləşməyəcək".

 

Manset.az xəbər verir ki, bu fikrləri Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib. 

Putinlə arasında danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski: "Düşünürəm ki, bu imkanlar getdikcə azalır. Putinlə danışıqlarda heç kim masa arxasına oturmayacaq", - deyə o qeyd edib.

O, Rusiya işğalçılarının Ukrayna ərazisini tərk edəcəyi təqdirdə Putinlə danışıqların mümkün olacağı bildirib.

"İnanıram ki, onlar bizim ərazilərimizi tərk etsələr, biz danışıqlar masası arxasına əyləşə bilərik. Çünki onlar bizim ərazilərimizi tərk edəndə və biz sərhəddə olanda ərazi baxımından onlar bizim qonşumuz olaraq qalacaqlar”, - deyə Zelenski bildirib.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin