Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyevə ağır itki üz verib.
Manset.az-ın məlumatına görə, bəstəkarın Şəkidə yaşayan qardaşı Elşad Quliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Cavanşir Quliyev 19 il Şimali Kipr Türk Cümhuriyyətində yaşadıqdan sonra birdəfəlik Azərbaycana köçüb.