Sumqayıtda evə silahlı basqın edildi

15:42 - 15 İyun 2021

Sumqayıtda evə silahlı basqın edildi

Sumqayıtda evə silahlı basqın edilib.

Daxili İşlər Nazirliyindən Manşet.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyunun 12-də saat 5 radələrində "Yaşıl dərə” bağlar sahəsindəki evlərdən birinə girmiş 4 nəfərin ev sahibəsinə bıçaqla qol nahiyəsinə xəsarət yetirib 831 manat pulunu və mobil telefonunu talamaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Quliyev və B.İslamzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin