İranda instaqram və vatsap bloklandı

00:53 - 23 Sentyabr 2022

İranda instaqram və vatsap bloklandı

İranda instaqram sosial şəbəkəsi və vatsap messencerinin fəaliyyəti dayandırılıb.

Manset.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İranda sadalanan xidmətlərə çıxışda problemlər sentyabrın 21-i axşam saatlarından müşahidə olunur. Agentliyin məlumatına görə, İran hakimiyyəti xidmətlərin bloklanmasının əsas səbəbi kimi instaqram və vatsapda “müxalifət elementlərinin milli təhlükəsizliyin əsaslarını pozan hərəkətləri” əsas gətirib.

Ölkədə xidmətlərin bərpası ilə bağlı hələ məlumat yoxdur.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin