<

Ərdoğan Putinin elan etdiyi qismən səfərbərliyi şərh etdi

00:25 - 23 Sentyabr 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsinə münasibət bildirib.

Manset.az “Haberler”ə istnadən xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə bədəli artırmaq anlayışından uzaq olmaq lazımdır.

“Bu müharibənin hər iki ölkə xalqına, bölgəyə, dünyaya hansı bədəllər ödətdiyi ortadadır. Heç kim bu bədəli daha da artırmaq anlayışında olmamalıdır. Ancaq biz atdığımız addımlardan bir növ sevincliyik. Məsələn, əsirlərin mübadiləsi ilə bağlı addımlar atılıb. Cənab Putin və cənab Zelenski ilə həyata keçirdiyim danışıqlar nəticəsində iki ölkə arasında 200 hərbi əsir dəyişdirildi”, - deyə Ərdoğan vurğulayıb.


Xəbər xətti

3 Oktyabr 2022