<

Daha bir ölkə peyvəndsiz turistlər üçün qapısını AÇDI

23:42 - 22 Sentyabr 2022

Daha bir ölkə peyvəndsiz turistlər üçün qapısını AÇDI

Kanada koronavirusa qarşı peyvənd olunmayan turistlərin ölkəyə girişinə qoyulan qadağanı ləğv etməyə hazırlaşır.

Manset.az xəbər verir ki, bu barədə yerli “Globe and Mail” qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, yeni qayda sentyabrın 30-dan qüvvəyə minəcək.

Hələlik yeni yumşalmalar Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib.

Xatırladaq ki, iyulun 6-dan etibarən Avstraliya hökuməti də COVID-19-a qarşı peyvənd olunmamış xarici turistlərin ölkəyə daxil olmalarına icazə verib.


Xəbər xətti

7 Dekabr 2022