Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərildi

22:20 - 22 Sentyabr 2022

Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərildi

Estoniyanın "Levadiya" komandasının baş məşqçisi Maksim Kaliniçenko istefaya göndərilib.

 

Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis təyinatından cəmi 10 gün sonra qovulub.

Tallin təmsilçisinin rəhbərliyi futbolçularla söhbətdən sonra bu qərarı qəbul edib. Klub prezidenti Viktor Levada hesab edir ki, komanda Kaliniçenkonun rəhbərliyi altında uğur qazana bilməz.

Qeyd edək ki, Maksim Kaliniçenko "Levadiya"nın sükanı arxasında cəmi 1 oyuna çıxıb. Paytaxt təmsilçisi həmin qarşılaşmada "Kuressaare"yə uduzub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin